Modern.az

Prezidentlərin görüşü haqda Rusiya XİN-dən AÇIQLAMA

Prezidentlərin görüşü haqda Rusiya XİN-dən AÇIQLAMA

20 İyul 2017, 15:29

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüş yeri hələ müəyyənləşdirilməyib.

Modern.az xəbər verir, bunu bu gün keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat departamentinin direktor müavini Artyom Kojin deyib.

O, bildirib ki, "İzvestiya" qəzetində Rusiya XİN-dəki diplomatik mənbəyə istinadən prezidentlərin Moskvada görüşəcəyi ilə bağlı dərc olunan xəbər həqiqətə uyğun deyil.

"ATƏT-in Minsk qrupu həmsədrlərinin məsləhətləşmələri zamanı dövlət başçılarının növbəti görüşünün ilin sonunadək təşkil olunması təklif edilib".

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir