Modern.az

Bolnisidə vəziyyət pisləşib – deputat təhlükəli virus haqda məlumat verdi

Bolnisidə vəziyyət pisləşib – deputat təhlükəli virus haqda məlumat verdi

20 İyul 2017, 15:32

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda Denqe virusuna yoluxma halı qeydə alınıb. Təhlükəli virus Fazisi kəndinin sakinində aşkarlanıb. Gənc oğlan xəstəxanaya yerləşdirilib.

 

Artıq Gürcüstan Səhiyyə Nazirliyi virusun yayılmasının qarşısını almaq üçün Bolnisiyə 10 həkim göndərib.

 

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a açıqlamasında yayılan virusu təsdiqləyib. O, bildirib ki, Denge virusu qorxuludur.

 

“Həkimlər çalışırlar ki, daha çox insanları əhatə etməsin. Bir gürcü ailəsi virusa yoluxub. Hazırda həmin ailə karantinə alınıb. Çox təhlükəli virusdur. Hökumət səviyyəsində virusun yayılmamasına çalışılır. Hətta, bu virus Gürcüstandan kənara da çıxa bilər. Çünki bura gələn adamlar virusun daşıyıcısı ola bilər”.

Azərbaycanlı deputatın sözlərinə görə, virusa azərbaycanlılar arasında yoluxan yoxdur.

 

“İstənilən halda heç kəsin virusa yoluxması halı yaxşı deyil. Gürcüstanda yaşayan azərbaycanlılar arasında bu virusa yoluxanlar yoxdur. Hələ ki, virusun hardan gəldiyi bilinmir. İlkin ehtimala görə ağcaqanadlar yayıb”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir