Azərbaycanın işğal altındakı torpaqlarında yaradılan qondarma rejimin statistika xidməti 2017-ci ilin ilk 6 ayında doğulan körpələrlə bağlı məlumat verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yanvar-iyun aylarında Qarabağda 1083 körpə doğulub. Onların 870-i Xankəndində, 96 nəfəri isə Ağdərədə anadan olub. Doğulanlardan 565-nin oğlan, 518-nin isə qız olduğu da məlumatlar arasındadır.
Qeyd eTmək lazımdır ki, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı azalmaqda davam edir. Belə ki, 2016-cı ilin analoji dövründə işğal altındakı torpaqlarda 1201 körpə doğulmuşdu.
Vüqar İSMAYILOV