Modern.az

Deputat prezidentə təşəkkür etdi

Deputat prezidentə təşəkkür etdi

20 İyul 2017, 17:14

Prezident İlham Əliyev Milli Məclisin deputatı Ağalar Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Ağalar Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini Azərbaycan Respublikasında tikinti sahəsində səmərəli fəaliyyətinə görə alıb.

Deputat Ağalar Vəliyev Modern.az-a açıqlamasında prezidentə təşəkkür edib:


“Əməyimə yüksək qiymət verdiyinə görə, cənab prezidentə təşəkkür edirəm. Bundan əvvəl məni “Şöhrət” ordeni ilə təltif edib. Bu, cənab prezident tərəfindən xüsusi təşəbbüsdür. Bundan sonra üzərimə daha çox məsuliyyət düşür. Cənab prezidentin və seçicilərimin etimadını bundan sonra daha da doğrultmağa çalışacam”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu