Modern.az

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı

Aktual

20 İyul 2017, 18:30

Transanadolu qaz kəmərinin (TANAP) tikinti işləri 77,3 faiz başa çatıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev "Anadolu" agentliyinə müsahibəsində deyib.

 

O qeyd edib ki, TANAP Azərbaycan, Türkiyə və Avropa üçün enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm layihədir.

R.Abdullayevin sözlərinə görə, boru kəmərinin inşası sürətlə davam edir: "Türkiyəyə TANAP ilə təbii qazın ilk hissəsi 2018-ci ilin birinci yarısında çatdırılacaq".

 

SOCAR prezidenti bildirib ki, layihənin dəyəri təqribən 8,5 milyard dollar təşkil edir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!