Modern.az

Şamaxıda minik avtomobilləri toqquşub, xəsarət alan var

Şamaxıda minik avtomobilləri toqquşub, xəsarət alan var

Aktual

20 İyul 2017, 18:47

Şamaxı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun 105-ci kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1941-ci il təvəllüdlü Camalov Sədrəddin Məhyəddin oğlu ağır bədən xəsarətləri aldığı üçün təcili yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı