Modern.az

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

20 İyul 2017, 20:57

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Beşmərtəbəli yaşayış binasının girişində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və giriş-çıxış kabeli 2 p.m. yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir