Modern.az

Kral oğlunun həbsinə göstəriş verdi

Kral oğlunun həbsinə göstəriş verdi

20 İyul 2017, 21:13

Kral oğlunun həbsinə göstəriş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ər-Riyad polisi Səudiyyə Ərəbistanı şahzadəsi Səud bin Əbdüləziz bin Müsaidi həbs edib.

Buna səbəb isə sosial şəbəkələrdə yayılan və şahzadənin insanlara, o cümlədən qadınlara hücum etdiyini göstərən videoçarxlara və fotoşəkillər olub.

Həmin videoçarxlara və fotoşəkilləri görən kral Salman bin Əbdüləziz Al Səud 27 yaşlı Səud bin Əbdüləziz bin Müsaidin dərhal tutulması, səlahiyyət həddinin aşılması və qanun pozuntusu ilə müşayiət olunan bu rüsvayçı videoçarxlarda onunla birlikdə görünən hər kəsin həbsə atılması barədə fərman verib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi