Modern.az

Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

20 İyul 2017, 21:45

“Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hörmətlə yanaşır. Belçikanın Dağlıq Qarabağ ilə bağlı mövqeyi aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və hörmətlə yanaşırıq. Belçika münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. Günahsız mülki şəxslərin onların heç bir aidiyyəti olmadığı səbəblərə görə həlak olması məni şoka saldı. İki həftə əvvəl baş verənlərin, əlbəttə, sülh yolu ilə nizamlamaya heç bir aidiyyəti yoxdur. Alxanlıda baş verənlər faciə idi”. Modern.az xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Bert Skufs Belçikanın Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbulda bildirib.

Belçika kralı ilə İlham Əliyev arasında görüşün baş tutmasını əlamətdar hadisə adlandıran səfir ölkəsinin Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq əlaqələrinin güclənməsinə və ticari təşəbbüslərə önəm verdiyini vurğulayıb.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov Belçikanın Azərbaycan üçün dost ölkə olduğunu bildirib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər