Modern.az

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi

Aktual

20 İyul 2017, 22:13

Kiyevin mərkəzində "Çerniqovskaya" metro stansiyasının yaxınlığında iki nəfər 53 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Asif Bahadur oğluna atəş açıb. Modern.az  Ukrayna mediasına istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin verdiyi xəbərə əsasən, ilkin məlumata görə, atəş "Kalaşnikov" avtomatı və tapançadan açılıb. Qatillər avtomatı hadisə yerində qoyaraq qaçıblar. Meyitin üzərində 20 güllə yarası aşkar edilib.

Qeyd edək ki, A.Məmmədov üç ildir Rusiyanın Kemerovsk vilayətində münaqışə nəticəsində həmyerlisini öldürməkdə şübhəli bilinərək axtarışa verilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!