Modern.az

Gəncədəki qəzada ana və qucağındakı körpə ölüb - YENİLƏNİB

Gəncədəki qəzada ana və qucağındakı körpə ölüb - YENİLƏNİB

21 İyul 2017, 09:53

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü Hüseynov Ramin Yusif oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlan uşağını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılıb.

Qeyd edək ki, “Mercedes” qadını və onun uşağını vurduqdan sonra Daewoo markalı avtomobilə çırpılıb. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 
***


Gəncədə anasının qucağında avtomobillə vurulan körpə uşaq ölüb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Yeni Gəncə qəsəbəsində avtomobillə vurulan 4 aylıq oğlanın həyatını xilas etmək mümkün olmayıb. Onun anası, 1993-cü il təvəllüdlü Dilarə Bağırova isə aldığı xəsarətdən hadisə yerində ölüb


 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi