Modern.az

Türkiyə Almaniyanı terrorçulara dəstəkdə ittiham edir

Türkiyə Almaniyanı terrorçulara dəstəkdə ittiham edir

21 İyul 2017, 00:46

"Türkiyə nə zaman terrorçuların verilməsi üçün sorğu göndərir, Almaniya öz məhkəmə sisteminin müstəqil olduğunu bildirir. Almaniya tərəfinin hələ yalnız terrorçuluqda iştirakı nəzərdən keçirilən Almaniya vətəndaşının dərhal təhvil verilməsi tələbi isə bizim məhkəmə sisteminə qarşı hörmətsizlikdir". Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.

Xarici işlər naziri bildirib ki, Kürd Fəhlə Partiyası və FETÖ terrorçularını özündə gizlədən Almaniyanın bəyanatı yolverilməzdir. 

Nazirin fikrincə bu bəyanat özündə ikili standartlar siyasətini əks etdirir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi