Modern.az

Ali məktəblərdəki ixtisas balları AÇIQLANDI  

Ali məktəblərdəki ixtisas balları AÇIQLANDI   

21 İyul 2017, 16:35

Dövlət İmtahan Mərkəzi (DİM) «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr edib (Azərbaycan və rus dilində).

DİM-dən Modern.az-a verilən məlumata görə, jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

Bu nömrədə, həmçinin  Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu qaydaları, Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursant qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunub.

 

“Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2016-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2017-ci il 2-ci nömrəsində dərc edilib.

 

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

 

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M”,-deyə DİM bəyan edib.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir