Modern.az

Ekologiya Nazirliyi şikayəti yerində araşdırdı

Ekologiya Nazirliyi şikayəti yerində araşdırdı

21 İyul 2017, 18:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Bakı şəhər sakinləri Həsrət Qocayev və Elçin Hüseynov tərəfindən Binəqədi rayonu, S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsindəki ərazinin hasara alınması və ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 


Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 174 m2 torpaq sahəsinin metal lövhələrlə hasara alındığı və hasarlanmış ərazinin daxilində 3 ədəd sərv ağacının yaş köküstə  olduğu məlum olub, ağac kəsilməsi və zədələnməsi hallarına rast gəlinməyib.


Araşdırma zamanı məlum olub ki, Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı əsasında S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsindəki 174 m2 torpaq sahəsi bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisi üçün fiziki şəxs Bağır Abdullayeva verilib.

Mövcud vəziyyətlə bağlı qanunamüvafiq qaydada akt tərtib edilib və ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə, rayon Polis İdarəsinə və fiziki şəxs B.Abdullayevə məktub göndərilib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir