Modern.az

Bakıda Misirin milli bayramına həsr olunan rəsmi qəbul keçirilib

Bakıda Misirin milli bayramına həsr olunan rəsmi qəbul keçirilib

Aktual

21 İyul 2017, 20:40

Bakıda Misirin milli bayramına həsr olunan rəsmi qəbul keçirilib. Modern.az APA-ya istinadən xəbər verir ki, tədbirdə diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər və digərləri iştirak ediblər.

Misirin Azərbaycandakı səfiri Suzan Cəmili Şanlı iyul inqilabının 65-ci ildönümünün sosial bərabərlik və ədalətin rəmzi olduğunu söyləyib. Bu il iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinin qeyd olunduğunu deyən səfir Misir-Azərbaycan münasibətlərinin qardaşlıq və dostluq əsasında qurulduğunu vurğulayıb.

 

"Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların geri qaytarılması, bütün torpaqları üzərində suverenliyinin bərpa olunmasına yönəlmiş haqq mövqeyi ilə bağlı BMT və İƏT-in bütün qətnamələrinin Misir tərəfindən dəstəklənməsi bunun bariz nümunəsidir", - deyə o vurğulayıb.

 

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib ki, dövlət başçılarının siyasi iradəsi bütün sahələrdə əməkdaşlığın genişlənməsinə yol açıb. O qeyd edib ki, iki ölkə beynəlxalq arenada bir çox məsələlərdə bir-birini dəstəkləyir. Nazir Azərbaycanın müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini deyib.

 

Ş. Mustafayev Azərbaycanla Misir arasında ticarət 50-dək ikitərəfli sənədin imzalandığını vurğulayıb.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır