Modern.az

Venesueladakı aksiyalarda 100 nəfər öldü

Venesueladakı aksiyalarda 100 nəfər öldü

21 İyul 2017, 21:45

Venesuelada hökumət əleyhinə aksiyalar davam edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, aprel ayından hökumət əleyhinə davam edən etiraz aksiyalarında ölənlərin sayı 100-ə çatıb.

Qarşıdurmaların son qurbanı 15 yaşlı yeniyetmə olub. Onun ölüm səbəbləri açıqlanmır.

Qeyd edək ki, aprel ayında ölkə məhkəməsinin müxalifətin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı çıxardığı qərar ciddi etirazlara səbəb olub. Qərar sonradan ləğv edilsə də, etirazçılar məhkəmə üzvlərinin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir