Modern.az

Sükan arxasında sifariş qəbul edən taksi sürücüləri cərimələnəcək

Sükan arxasında sifariş qəbul edən taksi sürücüləri cərimələnəcək

21 İyul 2017, 23:13

Taksi şirkətləri ilə işləyən sürücülər gün ərzində həmin şirkətlərdən o qədər sifariş qəbul edirlər ki, hətta sükan arxasında belə, telefonu əlinə alaraq sifarişi qəbul etməyə məcburdur. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, yol polisi bildirir ki, sükan arxasında yola nəzarət etməli olan sürücü, eyni zamanda digər sifarişlərin sms-ni oxuyursa, bu, qəza riski yaradır.

 

Avtomobil idarə edərkən mobil telefonun istənilən funksiyasından istifadə etmək inzibati xəta sayılır. Məsləhət görülür ki, taksi şirkətləri informasiyanın ötürülməsi prosesini daha təhlükəsiz qaydada həyata keçirsinlər.

 

İnzibati xətalar Məcəlləsinə görə, sürücü idarəetmə zamanı telefonu əlində tutaraq ondan istifadə edərsə, 50 manat cərimə olunur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər