Modern.az

Göyçaydakı qəzada 3 nəfər xəsarət aldı

Göyçaydakı qəzada 3 nəfər xəsarət aldı

22 İyul 2017, 00:59

Göyçay şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə Göyçay şəhərinin M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

“VAZ 2106” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü, Göyçayın İkinci Ərəbcəbirli kənd sakini, 1992-ci il təvəllüdlü Zülfüqarov Ravil Kamil oğlu, Göyçay şəhər sakinləri, 2001-ci il təvəllüdlü Niftəliyev Orxan Teymur oğlu və qardaşı 2015-ci il təvəllüdlü Niftəliyev Yusif Teymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir