Modern.az

Modern.az-dan təqdim olunan yazı mükafata layiq görülüb

Modern.az-dan təqdim olunan yazı mükafata layiq görülüb

Aktual

22 İyul 2017, 08:55

İyunun 21-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Milli Mətbuat günü ərəfəsində “Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” mövzusunda keçirdiyi müsabiqəyə yekun vurub. Müsabiqənin məqsədi Ermənistanın Azərbaycana təcavüzünün tarixi və mövcud durumunu kütləvi informasiya vasitələrində geniş işıqlandırmaqdan, potensial oxucu və tamaşaçı auditoriyasının vətənpərvərlik ruhunu daha da yüksəltməkdən ibarət idi. 

Peşəkar münsiflər heyəti 50-dən artıq müəllifin müsabiqəyə göndərdiyi 90-dan çox məqalə, müsahibə, film və süjeti qiymətləndirib. Mükafatlandırma mərasimini açan AVCİYA-nın təmsilçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev qaliblərə AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun təbriklərini çatdırıb, diplom və pul mükafatlarını sahiblərinə təqdim edib.

Nəcibə Mustafayeva (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi), Şirməmməd Nəzərli (“Salamnews”) I yerə, Rafiq Oday (“Gundelik.info”) və Elşad Məmmədli (“Yeni Müsavat”) II yerə, Leyla Məhərrəmova (“Azadinform”), Miri Məcidli (“Femida.az”), İlham Cəmiloğlu (“Modern.az”), Ceyhun Əhmədli (“Femida.az”) III yerə, Elnur Eltürk (“Faktor.az”), Murtəza Bünyadlı (“Gununsesi.info”), Əli Zülfüqaroğlu (“Xalqcebhesi.az”), Asəf Quliyev (“Lent.az”), Vüqar Əsgərov, Fuad Hüseynzadə (“Palitra” qəzeti), Anar Turan (“Xalq qəzeti”) müsabiqənin xüsusi dplomuna layiq görülüblər.

Qeyd edək ki, mükafatçılar sırasında olan İlham Cəmiloğlunun “Generalın qətiyyəti... 1967-ci il, Xankəndi şəhəri” yazısı 10 may 2017-ci ildə Modern.az saytında oxuculara təqdim olunmuşdu.

//modern.az/az/news/132360#gsc.tab=0

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!