Modern.az

Milli Məclisin komitə sədri üçün ÖZƏL GÜN  

Milli Məclisin komitə sədri üçün ÖZƏL GÜN   

22 İyul 2017, 15:00

Bu gün Azərbaycan Millli Məclisinin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovun ad günüdür. Millət vəkili 38 yaşını qeyd edir.

 

Modern.az-ın məlumatına görə, Fuad Muradov 1979-cu il iyulun 22-də dünyaya gəlib. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akadmiyasının su təminatı və idarəetmə fakultəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində "Neft sənayesində ətraf mühitin qorunması" ixtisası üzrə magistr dərəcəsi alıb. 

Müxtəlif ictimai təşkilatlarda çalışan F.Muradov 2005-ci ildə Bakının Səbail rayonundan Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilib.

2010-cu ildə o, yenidən IV çağırış Milli Məclisə deputat seçilib. 2015-ci ildə seçicilər yenidən F.Muradova böyüd etimad göstəriblər. Bu dəfə o, 34 saylı Xətai ikinci seçki dairəsindən V çağırış Milli Məclisə deputat seçilib.

Millət vəkili evlidir, 2 övladı var.

Fuad Muradov Azərbaycan parlamentinin tarixinə ən gənc millət vəkili və ən gənc komitə sədri kimi düşüb.

Deputatın ad günü Azərbaycanda Milli Mətbuatın yaranması gününə təsadüf edir.

Elə jurnalistlər də deputatı KİV nümayəndələrinin dostu hesab edirlər. O, mətbuat nümayəndələri ilə daimi ünsiyyətdə olur, Milli Məclisin mediaya açıq olan deputatlarından biridir. Fuad Muradov dəfələrlə jurnalistlərlə bağlı təşəbbüslə çıxış edib, mətbuat nümayəndələri üçün layihələr həyata keçirb. Bu layihələr jurnalistlər üçün faydalı olub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır