Modern.az

Bakıda daha iki yeni rayon yaradıla bilər  

Bakıda daha iki yeni rayon yaradıla bilər   

22 İyul 2017, 12:49

“Biz inkişafa doğru gedirik və bu yeni kəndlərin, şəhərlərin, qəsəbələrin yaranmasına səbəb olur. Hətta Səbail və Sabunçu rayonlarının ərazisi genişləndirilə bilər. Çünki bu yerlərdə yaşayan insanların sayı artıb. Abşeron rayonunun ərazisini böyütməkdən ötrü bəzi ərazilər onun tərkibinə verildi. Həmçinin, Naftalan şəhərinin ərazisi kiçikiydi, yaxın ərazilər onun tərkibinə daxil edildi”.

 

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında deyib.

 

Deputat deyib ki, əhalisinin sayı çox olan şəhərlərin, qəsəbələrin, kəndlərin ərazisi genişləndirilməlidir.

“Prezident də çıxışlarında vurğulayıb ki, istər əkin, istəsə də əhalinin məskunlaşması, yaşaması üçün əlavə torpaq sahələri tapılmalıdır. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır.  Bakı şəhəri əvvəlki Bakı deyil. Mən Badamdar qəsəbəsində yaşayıram və keçmişlə indiki arasında çox fərq var.  Badamdar qəsəbəsinin ərazisi artıq Qaradağ rayonuna qədər gedib çıxıb. Həm də əhalisinin sayı çoxalıb. Ona görə də Badamdara rayon statusu vermək olar. Həmçinin Bakının Ələt qəsəbəsinə də gələcəkdə rayon statusu verilə bilər. Artıq idarəetmənin təkmilləşdirilməsi istiqamətində çox ciddi işlər görülür.
Badamdar, Ələt qəsəbələri ehtiyac olduğu təqdirdə rayona çevriləcək. Bu qəsəbələrə rayon statusunun verilməsi təbii prosesdir. Mən düşünürəm ki, hətta yaxın gələcəkdə yeni bir şəhər də salına bilər”.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi