Modern.az

Bakıda universitet binasında yanğın - FOTO  

Bakıda universitet binasında yanğın - FOTO   

Aktual

22 İyul 2017, 13:00

Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.

 

Modern.az-ın məlumatına görə, yanğının universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının akt zalında baş verdiyi bildirilir

 

Hadisə yerinə 3 yanğınsöndürən avtomobili gəlib.  Yanğınsöndürən avtomibilləri hadisə yerinə daxil ola bilmədiyi üçün kənardan su vurmaqla yanğını söndürməyə çalışırlar.

 

Qeyd edək ki, Kooperasiya universitetində hazırda I və IV ixtisas qrupuna qəbul imtahanı keçirilir. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də olay yerinə gəlib.


Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, ərazidə tüstülənmə sıxlaşdığından qəbul imtahanının gedişinə problem yaranıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) də Kooperasiya Universitetindəki yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Modern.a-a verilən məlumata görə, Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır.

Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.

 
***

Son məlumata görə, alovun yayılma təhlükəsi önlənib. Yanğının tamamilə sönürülməsi həyata keçirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi