Modern.az

Dövlət Baytarlıq Xidmətindən “Ukraynadan təhlükəli quş əti gətirilir” iddiasına CAVAB  

Dövlət Baytarlıq Xidmətindən “Ukraynadan təhlükəli quş əti gətirilir” iddiasına CAVAB   

22 İyul 2017, 13:20

Bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) guya Ukraynadan “Qualiko” əmtəə nişanı adı altında ölkəyə idxal edilən dondurulmuş toyuq ətlərinin tərkibində normadan artıq zərərli baytarlıq preparatların aşkarlanması ilə bağlı məlumatlar yayılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bu iddialara cavab verib. Qurumdan Modern.az-a verilən açıqlamada deyilir:


“Bununla əlaqədar bildiririk ki, respublikaya idxal olunan bütün heyvan, heyvan mənşəli, o cümlədən toyuq məhsullarının hamısı qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlərin ekspertizası aparıldıqdan və  məhsul idxal olunduqdan sonra laboratoriya müayinəsi aparılır. Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarıxli, 25 saylı əmr ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərə əsasən heyvan mənşəli məhsulların laboratoriya müayinəsi həyata keçirilir.

“Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərə uyğun olaraq ölkəyə idxal edilən bütün heyvan mənşəli və quşçuluq məhsulları mikrobioloji, toksiki elementlər, antibiotiklər, pestisidlər, hormonal preparatların qalıq miqdarı və radionuklitlər görə yoxlanılır. Aparılan müayinələrin nəticəsinə əsasən həmin məhsullarda heç bir əlavə, normadan artıq baytarlıq preparatları, insan orqanizmi üçün zərərli qalıq maddələr aşkar edilməmiş və bütün göstəricilər Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərinə uyğun olmuşdur.

Məhsullarda nəmliyin yoxlanılması isə Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarıxli, 25 saylı əmr ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərində nəzərdə tutulmamışdır.

DBNX bildirir ki, ölkəyə idxal edilən bütün heyvandarlıq məhsullarına, eləcə də quş ətlərinə nəzarət olunur, məhsullar idxal edildikdən və laboratoriya müayinəsi aparıldıqdan sonra istifadə olunur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir