Modern.az

Prezidentlərin qəfil görüşü Qarabağa nə vəd edir? - ŞƏRH  

Prezidentlərin qəfil görüşü Qarabağa nə vəd edir? - ŞƏRH  

22 İyul 2017, 14:15

Dünən Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Prezidentərin qəfil görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində hansı addımların atılmasına səbəb ola bilər?

Məsələ ilə bağlı politoloq Qabil Hüsyenli Modern.az-a açıqlama verib.


Politoloq deyib ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli və ya paket həll variantının danışıqlar prosesinə daxil edilməsinin müzakirə predimenti olması gözlənilir.

“Çox güman ki, mərhələli həll planına Putin  də “hə” deyəcək. Bu Putin tərəfindən irəli sürülüb və bəzən də “Lavrov planı”adlandırılır. Plana əsasən, Dağlıq Qarabağın hüdudlarından kənarda olan beş rayon Azərbaycana qaytarılmalıydı. Ötən dəfə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, guya, ermənilərdən beş rayonun qaytarılmasına güclə razılıq alıb. Sonradan isə Rusiya sakitləşdi. Daha sonra isə regionda vəziyyəti gərginləşdirəcək hadisələr baş verdi. Rusiyadan Ermənistana “İsgəndər”  raketi kimi təhlükəli silahların göndərilməsinə başlandı. Daha sonra Ermənistan sanki Rusiyaya arxalanaraq, Azərbaycanı təhdid etməyə başladı. Hətta Bakını vuracaqlarını bildirdilər.
Bundan sonra Azərbaycanın başqa yolu qalmadı və üzünü Qərbə doğru tutdu. Azərbaycan prezidenti Polşaya və Latviyaya səfərlər etdi. Avropa Birliyinin üzvü olan hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları bəyan etdilər. Orada Azərbaycan prezidenti bildirdi ki, Avropa Birliyi ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir. Daha sonra İlham əliyev İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşdü. Ondan Azərbaycana ciddi dəstək gəldi. Hesab edirəm ki, bunlar Rusiyanı qıcıqlandıran faktorlar idi.  Rusiya çox əhəmiyyətli tərəftaşını itirdiyini başa düşərək, yenidən danışıqlar prosessinə rəvac verdi. Və öncə Azərbaycan prezideni Soçiyə dəvət edildi. Yəqin ki, Ermənistan prezidenti də dəvət ediləcək. Həmçinin, ATƏT bəyan edib ki, payızda BMT Baş Assambleyasının sessiyasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşkil olunsun”.

 

Q.Hüseynli bildirib ki, Rusiyanın son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi mövqe Azərbaycanı təmin etmir.

“Çünki burada öz müqəddaratını təyin etmə ərazi bütövlüyündən üstün tutulur. Yəqin ki, Azərbaycan prezidenti Soçidə Dağlıq Qarabağa muxtar vilayət statusu verilməsi haqqında mövqeyini bir daha təkrarlayıb. Həmçinin, problemin mərhələli həll yoluna qaytarılması və sonda isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi vurğulanacaq.  Məsələnin ən ciddisi odur ki, artıq danışıqlar prosesi təzələnib.  Bu konteksdə prezidentlərin görüşü də nəzərdə tutulub. Əvvəllər Dağlıq Qarabağda çox aydın görünən müharibə təhlükəsi  ola bilsin ki, sovuşsun. Azərbaycan Ermənistanın danışıqlar yolu ətrafındakı mövqeyini öyrənib, ona uyğun da hərəkətlərini təmin edəcək”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər