Modern.az

Kooperasiya Universiteti açıqlama yaydı: “Yanğın təhsil ocağına maddi ziyan vurmayıb”  

Kooperasiya Universiteti açıqlama yaydı: “Yanğın təhsil ocağına maddi ziyan vurmayıb”   

22 İyul 2017, 16:00

Azərbaycan Kooperasiya Universiteti bu gün adı çəkilən təhsil ocağı ilə bağlı yayılan məlumatlara dair açıqlama verib. Universitetin Mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov Modern.az-a bildirib:


“22 iyul 2017-ci il tarixində saat 11-12 radələrində Azərbaycan Kooperasiya Universitetinin tədris korpusuna aidiyyatı olmayan, Nəcəf Nərimanov 30 ünvanında yerləşən qaçqın və məcburi köçkünlərin yaşadığı yataqxana tərəfdən idman zalında yanğın baş verib. Yanğın zamanı heç bir xəsarət alan olmayıb, universitetin tədris korpusuna maddi ziyan dəyməyib. Yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidməti tərəfindən qısa müddətdə söndürülüb. Hadisədən sonra yanğın yerinə universitet rəhbərliyi tərəfindən baxış keçirilib, müvafiq tapşırıqlar verilib.

Universitetin binasında yanğın olduğu barədə bəzi saytlarda gedən məlumatlar əsassız və yoxlanılmayıb. Universitet adi iş qaydasında öz işini davam etdirir”. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...