Modern.az

Ərdogan fransalı həmkarı ilə anlaşdı

Ərdogan fransalı həmkarı ilə anlaşdı

22 İyul 2017, 20:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, liderlər bölgədəki münaqişələri müzakirə ediblər.

İki lider Qüdsdəki Hərəmi Şərifdə fələstinlilərə qarşı məhdudiyyətlər və insan itkiləri səbəbindən yaşanan gərginlikdən dolayı narahatlıq duyduqlarını bildirərək problemin həlli və sakitliyin bərqərar olması üçün birgə səy göstərilməsi məsələsində razılıq əldə ediblər. Gərginliyə son verəcək addımların bir an əvvəl atılması lazım olduğunu bildirən iki lider Suriya və Liviyadakı son proseslər haqqında da fikir mübadiləsi aparıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı