Modern.az

Türkiyə hər zaman Azərbaycanın yanındadır - VİDEO

Türkiyə hər zaman Azərbaycanın yanındadır - VİDEO

22 İyul 2017, 21:06

"Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındayıq və olacağıq". Modern.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva ilə görüşündə Türkiyə Böyük Millət Məclisinin başqanı İsmail Kahraman bildirib.

Birlik Vəqfinin Aksaray şöbəsinin açılışı çərçivəsində keçirilən görüş zamanı İsmail Kahraman bildirib ki, hər zaman Azərbaycanın yanındayıq, Qarabağ problemi bizim də, hamımızın problemimizdir: "Dünyanın gözü önündə böyük haqsızlıq işlənilir. Ortada bir işğal var. Azərbaycan torpaqları işğal olunub və təəssüf ki bu işğal davam edir”.

Millət vəkili Q.Paşayeva isə bildirib ki, Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır: "Çünki Azərbaycanımızla yanaşı, qardaş Türkiyə də bizim üçün Vətəndir. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Hər zaman Azərbaycanla bərabər Türkiyənin də güclənməsini istəyir və dua edirik. Çünki biz birlikdə bu çoğrafiyada üzüntü, kədər içində yaşayan, müxtəlif dövlətlərin ərazisində yaşayan milyonlarla qardaş-bacılarımız üçün ümid, pənah qapısıyıq".

"Türkiyənin gücü Azərbaycanın Azərbaycanın gücü Türkiyənin güçüdür",- deyən və Qarabağ probleminin həllində fəal rol oynamayan BMT-ni tənqid edən Türkiyənin Böyük Millət Məclisinin sədri İsmail Kahramanla söhbətində millət vəkili Q.Paşayeva gənc nəsillərimizin məhz bu ruhda yetişməli olduğunu vurğulayıb.

“Bir millət, iki dövlət! Allah hər zaman Azərbaycanımızı, Türkiyəmizi qorusun, birlik və bərabərliyimizi daha da gücləndirsin!”,- deyən millət vəkili Q.Paşayeva İsmail Kahramana üzərində Qarabağ mötivləri olan qalstuk və “Qarabağ hekayələri” kitabını hədiyyə edib. Q.Paşayeva Aksaraya Qarabağ Parkı və Xarıbülbül abidəsinin açılışında iştirak etmək üçün gəldiyini bildirib və Akşəhər bələdiyyəsinə təşəkkür edib.

Ismail Kahraman Türkiyənin müxtəlif bölgələrində Qarabağ parkları və abidələrinin açılmasının çox önəmli olduğunu xüsusi vurğulayıb.

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi