Modern.az

Ləvənginin içindən qurd çıxdı - VİDEO

Ləvənginin içindən qurd çıxdı - VİDEO

22 İyul 2017, 22:03

Tortun, konfetin içindən qurd çıxdığı haqda xəbərlər çox eşitmişik, bu dəfə isə ləvənginin içindən qurd çıxıb. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, ağ qurdlar ləvənginin içində hərəkət edir. Bu hadisə qida məhsullarının çox zaman lazımi temperaturda və ya şəraitdə saxlanılmadığını ortaya qoyur.

Ekspertlər ləvəngilərin, ümumiyyətlə, standartlardan kənar hazırlandığını və saxlanıldığını təsdiqləyir.

Qida məhsulunda qurdların əmələ gəlməsi kifayət qədər təhlükəlidir və insan orqanizminə ciddi ziyan vura bilər.

İstehlakçılar belə vəziyyətlərlə qarşılaşdıqda mütləq İqtisadiyyat və Səhiyyə nazirliklərinə məlumat verməlidirlər ki, məhsulun satıldığı yerlə bağlı tədbir görülsün.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir