Romada içməli su böhranı yaşaya bilər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda şəhərdə su ilə bağlı vəziyyət kəskin pisləşib. Artıq quraqlıq səbəbindən yerli hökumət Braççano gölündən su götürməyi müvəqqəti olaraq qadağan edib. Bununla əlaqədar 1.5 milyon insan içməli sudan məhrum oluna bilər.
Qeyd edək ki, hökumətin bununla bağlı qərarı iyulun 28-dən qüvvəyə minəcək.
Modern.az