Modern.az

İran yeni raketlərin istehsalına başlayıb

İran yeni raketlərin istehsalına başlayıb

22 İyul 2017, 23:27

İran “Sayad-3” havadan müdafiə raketlərinin istehsalına başlayıb. Modern.az İran mediasına istinadən xəbər verir ki, istehsalın açılışı mərasimində ölkənin müdafiə naziri Hüseyn Dehqan iştirak edib.

Nazir çıxışında bildirib ki, “Sayad-3”  raketlərinin istehsalında  müasir dünya texnologiyaları nəzərə alınıb: "Bu raketlər təhlükə mənbəyi olan istənilən hədəfi – “görünməyən” qırıcılar, pilotsuz uçan aparatlar, qanadlı raketlər, helikopterlər və digər uçan vasitələri vurmağa qadirdir".

Qeyd edək ki, “Sayad-3” raketlərinin vurma məsafəsi təqribən 120 kilometrə yaxındır. 

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı