Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıtda yanğın Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Belə ki, binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 24 kvadrat metr olan 1 otaqlı mənzildə baş verib. Nəticədə 1 ədəd divan yanıb. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Modern.az