Modern.az

Deputat Ağalar Vəliyev üçün özəl gün

Deputat Ağalar Vəliyev üçün özəl gün

23 İyul 2017, 11:08

Bu gün Milli Məclisin deputatı Ağalar Vəliyevin doğum günüdür.

 

Modern.az xəbər verir ki, deputatın 60 yaşı tamam olur.

 

Ağalar Vəliyev 1957-ci ilin bu günü Yevlax şəhərində anadan olub.1976-cı ildə  Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. İxtisasca inşaat mühəndisidir.

 

Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlayıb. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışıb.

1998-ci ildən “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə"Əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, 2012-ci ildə isə “Şöhrət” ordeni ilə təltil edilib.

 

Bir neçə gün bundan əvvəl isə preizdent İlham Əliyev Ağalar Vəliyevi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Ailəlidir, bir oğlu var.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu