Modern.az

Keçmiş döyüşçülər: “Cinayətkar Koçaryanlar, Sarkisyanlar cəzalarını almalıdır”

Keçmiş döyüşçülər: “Cinayətkar Koçaryanlar, Sarkisyanlar cəzalarını almalıdır”

23 İyul 2017, 12:33

Bu gün Ağdamın Ermənistan qoşunları tərəfindən işğal olunmasının 24-cü ili tamam olur. 23 iyul 1993-cü il tarixində Erməni Silahlı Qüvvələri Qarabağın ən böyük rayonlarından olan Ağdamı işğal etdilər. Ağdam rayonunun ərazisi 1154 kv.km, əhalisinin sayı isə 165 mindən çoxdur. Rayonun 122 kəndi var ki onların da hazırda 87-si işğal altındadır.

 

Modern.az xəbər verir ki, bu gün bir qrup keçmiş döyüşçülər, Ağdam sakinləri, icra nümayəndələri Şəhidlər Xiyabanına toplaşıb. Ağdamın müdafiəsi uğrunda şəhid olan insanlar anılıb. Xiyabanda çıxış edən keçmiş döyüşçülər Ermənistan hakimiyyətinin cinayətkar olduğunu bir daha bəyan ediblər.

 

“Torpaqlarımızın işğal olunmasına görə cinayətkar Ermənistan hakimiyyəti cavab verməlidir. Cinayətkar Koçaryanların, Sarkisyanların əli günahsız insanların, körpələrin qanına bulanıb. Onlar cəzalarını almalıdır. Hər birimiz ümid edirik ki, gün gələcək doğma torpaqlarımıza, Ağdamımıza qayıdacağıq”

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi