Modern.az

Bitə baxıb köynəyi yandırmayın!

Bitə baxıb köynəyi yandırmayın!

23 İyul 2017, 13:29

Milli Mətbuat Günündə jurnalistlərə dövlət başçısı tərəfindən verilən evlərlə bağlı neçə gündür ki, sosial şəbəkələrdə qarayaxma kampaniyası aparılır.

 

Modern.az-ın məlumatına görə Azərbaycan Jurnalistlər Birliyinin üzvü Bəşarət Məmmədov “Bitə görə köynəyi yandırmayın” başlıqlı yazı ilə çıxış edib.

Yazını olduğu kimi təqdim edirik.

 

Jurnalistlərin ev alması məsələsi neçə gündür ki, müzakirə olunur. Təəssüf ki, burada müzakirədən çox əsəb, hikkəli sozguləşhdirmə meyilləri hiss edilir.

 

 

Həmişə cəmiyyəti məmurları mediaya qarşı dözümlü olmağa səsləyən bəzi KİV təmsilçilərimiz indi özləri dözümsüzlük göstərirlər. Maraqlıdır niyə? Bəzən bu müzakirələrdə sosial şəbəkələrdə faktiki kimliyi bəlli olmayan profillər daha fəal görünürlər.

Dostlar, təbii, bu dəfə ev almayanlar içərisində layiq olmayanlar da var. Amma həqiqi jurnalist olub kirayədə təqaüd yaşına çatanların, ailə qurmaq üçün ev xəyalı ilə yaşayanların ev almasını da onlara çox görməyək. Onu da nəzərə alaq ki, dövlət tərəindən verilən evlər konkret binadadır və məhdud saydadır. 10 namizəddən biri ev alıb. İstənilən halda, haqlı və haqsız narazı qalanlar olmalı idi. Bir halda ki, jurnalist cameəsindən söhbət gedə!

 

 

Amma digər məqam, qeyd etdiyim kimi bu təcrübənin “düzgün olmadığı”nı düşünənlərdir. Azərbaycan mətbuatına xeyli zamandı təsir imkanlarını itirən CƏNABlar yenidən fəallaşıb və bəzi jurnalistlərin səmimi hisslərini yönəltməyə, öz “MƏQSƏDLƏRİ” ilə uzlaşmağa çalışırlar!

 

Bu prosesin Azərbaycanda ictimai-sosial sabitliyə faydasını azaltmaq istəyən məlum ÜNVANlar bəzən yeni tezislər ortaya atır, məqsədli şəkildə yeni mövzuların müzakirəsini “təşkil edir”lər! Onların baxışı ilə jurnalist pulu da, evi də “Qrant” adıyla ONLARdan alıb onların sifarişini yerinə yetirməlidir! Qaydanı belə düzgün hesab edirlər! Əziz dostlar, dəyərli həmkarlar, gəlin müzakirələrdə bir-birinizi təhqir etməyin! Necə deyərlər, “Bitə baxıb, köynəyi yandırmayın!”.

İnşallah, növbəti dəfə ev alanda bir-birinizin üzünə rahat baxa biləsiz! Qonşu olacaqsız, bu gün ittiham etdiyiniz kolleqalarınızla, QONŞU!!! Yaxın qonşu da uzaq QOHUMdan yaxşıdır-deyiblər!

 

Bütün layiq olan digər jurnalistlərimizə də ev veriləcək. Bunu Azərbaycan DÖVLƏTİ verəcək! İndiki və gələcək evləriniz mübarək, əziz media nümayəndələri, dəyərli dostlar!

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir