Modern.az

Bakı limanında dəhşətli FACİƏ - Hadisənin səbəbləri araşdırılır

Bakı limanında dəhşətli FACİƏ - Hadisənin səbəbləri araşdırılır

23 İyul 2017, 13:57

Bakı şəhərində yerləşən dəniz limanında bədbəxt hadisə baş verib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xətai rayonu ərazisindəki Quru Yük Limanında doker-mexanizator vəzifəsində çalışan 1991-ci il təvəllüdlü Məmmədyarlı Hilal Səfiyar oğlu idarə etdiyi avtokarın altında qalıb. Belə ki, 26 yaşlı işçi 3,5 tonluq avtokarı sürərkən yük daşıyan texnikanın təkəri dəmir yolu relsinin üstünə çıxıb. Yüklə dolu avtokarın aşacağını görən gənc özünü yerə ataraq xilas olmağa çalışıb. Lakin buna baxmayaraq avtokarın altında qalıb.

 

Xəsarət alan şəxs ağır vəziyyətdə Respublika Nevrocərrahiyyə xəstəxanasına aparılıb.

 

Məsələ ilə bağlı  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Modern.az-a deyib ki, hadisə nəticəsində vəfat edən  26 yaşlı Hilal Məmmədyarlının iş sığortası olub

 

“Buna görə onun ailəsi maddi yardım alacaq. Məlum hadisənin baş verməsindən çox təssüflənirik. Dünyasını dəyişən Hilal Məmmədyarlının ailəsinə və yaxınlarına başsağlığı veririk. Hadisənin baş vermə səbəbləri araşdırılır”.

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir