Modern.az

Rusiya ABŞ-ı qorxuya salıb

Rusiya ABŞ-ı qorxuya salıb

Dünya

23 İyul 2017, 15:32

Rusiya ABŞ üçün ən böyük təhlükədir. Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, bu haqda ABŞ Silahlı Qüvvələri qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford bildirib.

 

Onun sözlərinə görə, Rusiyadan gələn təhdidi İran, Çin və Şimali Koreya təhlükələri ilə müqayisə etmək olar. Danford Rusiya-ABŞ qarşıdurmasına yol verməməyin vacibliyindən də söz açıb.

 

“Rusiya təhlükəsini İran, Çin, Şimali Koreyadan gələn təhdidlərlə müqayisə etmək olar. Lakin məhz Rusiya ən böyük hərbi potensiala malikdir. Bu halda Vaşinqtonla Moskva arasında hər hansı qarşıdurmanın yaranmasına yol verməmək lazımdır. Çünki söhbət nüvə dövlətindən gedir.

 

“Buna görə də Kremllə kiber sahədə rəqabət aparmaq, NATO ilə əmkdaşlığı isə genişləndirmək lazımdır”-deyə o əlavə edib.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır