Modern.az

Dənizdə batan 2 nəfər xilas edilib

Dənizdə batan 2 nəfər xilas edilib

Aktual

23 İyul 2017, 16:02

Dənizdə batan 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:05-də başa çatıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!