Modern.az

İnsanın iradəsi azaddırmı?

İnsanın iradəsi azaddırmı?

23 İyul 2017, 16:25

Bir az əvvəl həqiqətən də günorta yeməyində balıq və kartof qızartması yeməyə qərar verdinmi? İnsanlıq min ildir belə suallarla boğuşur. Bu boğuşma bəlkə balıq və qızartma haqqında deyil, iradənin tamamilə bizdə olub olmadığı ya da başqa xarici bir faktorun həyatımızın gedişatını təyin edib etmədiyi haqqında ola bilər. Bəzilər düşünür ki, Tanrı hər şeyə nəzarət edir, iradəmizin açarı Onun əlindədir. Bəs fizika qaydaları?

 

Təəssüf ki, bunun asan bir cavabı yoxdur. Balıq və qızartma yeməyə qərar verən "MƏN" kimdir? İçinizdəki səs sizə, sizin fiziki bədəninizə nəzarət edən bir şüur olduğunu deyə bilər. Lakin bu fiziki bədən sizin şüurunuzu meydana gətirən beyni əhatə edir. İkisini ayıran hər hansı bir şey yoxdur.

 

Bir az da olsa bilirik ki, qərarlarımızın idarəsində olduğumuz hər hansısa bir duyğu, bir illuziyadır. Xüsusilə, neyroelm mütəxəssisi Benjamin Libet 1980-ci ildə hərəkətlərin, beyindəki mexanizmlər tərəfindən beynin sahibi fərqinə olmadan əvvəl başladıldığını göstərdi.

 

Bütün qərarlarımızın bizim idarəmizdən kənarda olduğunu iddia etmək, bilinənə söykənən böyük bir xarici dəyər tapmaqdır.

"Libet, sadə hərəkətlərin çox qısa zamanlı  əvvəlki əlamətləri ilə maraqlanır" London Universitet Kollecindən olan professor Patrik Haqqard belə deyir.

Sonra uzun müddətli qərarlar və tədbirlər belə təkrardan müəyyən beyin proseslərinin nəticəsində olurlar. "Eyni zamanda bunun da deterministik olduğunu güman edirəm" deyir Haggard.

 

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin təqaüdçü müəllim psixoloq Nikolsa Hamphreyə görə qərarların doğruluğunu qəbul etmək, azad iradəni inkar etmək mənasını verməz.

"Əksinə, mən özüm bunun səbəbiyəm" deyir. Hamphrey öz varlığının düşüncələrinin, inanclarının, arzularının, meyllərinin və özünün içində yaşayan buna bənzər digər şeylərin cəmi olduğunu iddia edir. Bədənlənmiş öz hər hərəkətin şüurunda olmaya bilər, lakin nəticədə onları müəyyən edər - bir növ avtomatik pilot sistemindəki azad iradə kimi.

 

Bir fizikaçı fərd olma vəziyyətini, kainatın digər maddə qisimlərindən ayıran bu ayrımı sorğulaya bilər. Bioloji maddə, fizika qaydalarına bağlı qalan atom və molekul yığınlarından başqa bir şey deyil. Və qətiliklə onları nəzarət etdiyimizi iddia edə bilmərik.

Oksford Universitetindən Vlatko Vedral, azad iradəni (ya da azad iradəmizin olmadığını) anlamaq üçün, kainatı nəyin anbaan davam etdirdiyini daha yaxşı anlamamız lazım olduğunu düşünür. "Mənim təxminimə görə, daha elmi sadə hala gətirməyə davam etdikcə bunu daha çox aydınlaşdıra biləcəyik. Məsələn fizika, biologiya və neyroelm kimi”.

 

Əgər hər şeyin səbəbi olan şey fizikadırsa, bu hər şeyin əvvəldən təyin olunduğu mənasına gəlməz. Kainatın quruluş daşlarının necə davrandığına dair ən təməl nəzəriyyəmiz olan kvant fizikasında, hissəciklərin xüsusiyyətlərində və hərəkətlərində bir dərəcə təsadüf və qeyri-müəyyənlik olduğunu dediyi görünür. Bizi meydana gətirən hissəciklər da buna daxildir. Kainatda meydana gələn hər nə varsa, başlanğıcdan sona qədər tamamilə müəyyən edilə bilməz. Çünki kvant miqyasında nəyin olacağını heç zaman bilə bilməzsiniz.

Kvant qərarlar

 

Kvant nəzəriyyəsinin çoxlu-kainat şərh etməsində bu dəyişir. Çoxlu kainat izahına görə, bütün bu qeyri-müəyyənliklər ola biləcək hər şey olduğu üçündür, lakin yalnız fərqli kainatda. Bu ssenariyə görə, kainat həqiqətən əvvəldən təyin olunub. Tək naməlumluq isə öz şüurunuzu əvvəldən qablaşdırılmış hansı kainatın içində tapdığınızdır: balıq və qızartma sifarişi verdiyiniz ya da vermədiyiniz.

 

Nobel mükafatçısı Gerard Hooft olmaqla bəzi fiziklərin etdiyi kimi bunu bir addım daha irəli apara bilərsiniz. Gerardt Hooft, kainatın super deterministik olduğunu müdafiə edir, belə ki, bunun xaricindəki heç bir şey dəyişdirilə bilməz.

Azad iradəmizin olub-olmadığını test etmək üçün etdiyimiz testlərin nəticələri buna daxildir. Bəzi kəslərə görə bu Tanrı ilə sinonimdir.

 

Taryel Abdullayev 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir