Modern.az

Ərəb Dövlətləri Liqası Qüdsə görə toplanır

Ərəb Dövlətləri Liqası Qüdsə görə toplanır

Aktual

23 İyul 2017, 21:58

Qüdsdə vəziyyətin gərginləşməsi Ərəb Dövlətləri Liqasını toplanmaya sövq edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək. Xarici işlər nazirləri səviyyəsində keçirilən iclasın keçirilməsi təşəbbüsü ilə İordaniya çıxış edib.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə Əl-Aksa məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. İsrail hökuməti bu olaydan sonra Əl-Aksa məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir