Modern.az

İordaniyada İsrail səfirliyinə hücum edən öldürüldü - Yenilənib

İordaniyada İsrail səfirliyinə hücum edən öldürüldü - Yenilənib

24 İyul 2017, 00:09

İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə silahlı hücumda yaralananlar arasında  İsrail səfirliyinin əməkdaşları da var. Modern.az xarici mediaya istinadən xəbər verir ki, baş verən atışma nəticəsində naməlum silahlılardan biri öldürülüb. Səfirliyin mühafizəçisi isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İordaniya mətbuatı hücumun 17 yaşlı iordaniyalı tərəfindən törədildiyini bildirir. Məlumata görə, bıçaqla silahlanmış gənc  səfirliyin ərazisinə daxil olaraq bir nəfərə bıçaqla xəsarət yetirib. Bundan sonra o mühafizə xidmətinin əməkdaşları tərəfindən öldürülüb. Hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verilmir.

 

22:46

 

İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə hücum olub. Modern.az "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu haqda İordaniyanın Ammun agentliyi xəbər verib.

Hücum nəticəsində 1 İordaniya vətəndaşı ölüb və 1 İsrailli xəsarət alıb.

İsrail vətəndaşı aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir