Modern.az

Şabranda müəllim qəza törətdi - 5 nəfər yaralandı

Şabranda müəllim qəza törətdi - 5 nəfər yaralandı

Aktual

24 İyul 2017, 08:23

Şabran rayonunun Gəndob inzibati ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, qəza "Mercedes" markalı avtomobilin ön təkərinin qəfil qırılaraq sıradan çıxması nəticəsində qeydə alınıb.

Bu zaman sürücü Ramiz Quliyev idarəetməni itirərək maşını aşırıb. Avtomobildə olan sərnişinlər - 1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı, 1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı, 2008-ci il təvəllüdlü Quliyeva Mina Ramiz qızı, 2014-cü il təvəllüdlü Şirəliyev Babək Elçin oğlu və 2015-ci il təvəllüdlü Şirəliyev Əli Elçin oğlu ağır xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Sürücü R.Quliyev Tibb Universitetinin müəllimidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!