Modern.az

Builki qəbul imtahanları necə keçdi? - SORĞU  

Builki qəbul imtahanları necə keçdi? - SORĞU   

24 İyul 2017, 08:36

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmaq istəyən abituriyentlərin qəbul imtahanlarını yekunlaşdırdı.

Bu il ali məktəblərə qəbul imtahanlarında xeyli yeniliklərin şahidi olduq. Məsələn, qəbul imtahanları iki dəfə - yaz və yayda – təşkil olundu. Yəni abituriyentlərə iki dəfə şans verildi. Birinci imtahan əvvəlki illərin məzunları üçün, ikinci imtahan isə hamı üçün pullu keçirildi.

Artıq imtahanlarda iştirak etmiş bütün abituriyentlər topladıqları balları bilirlər. Bir neçə gündən sonra ixtisas seçimi başlayacaq... Və təxminən avqustun 13-15 aralığında müsabiqəyə buraxılmış abituriyentlərdən kimin tələbə adını qazanacağı bəlli olacaq.

Modern.az saytının növbəti sorğusu qəbul imtahanları ilə bağlıdır. İmtahanlarla bağlı hər kəsin düşüncəsində müəyyən fikirlər formalaşıb. Elə isə: “Builki qəbul imtahanları necə keçdi?”.

Cavab vermək istəyən oxuculardan xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər... 

Builki qəbul imtahanları necə keçdi?

- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır;
- İmtahanlar bir dəfə keçirilməliydi;
- İmtahanların pullu keçirilməsi mənfi haldır;
- İmtahan testləri çətinləşdirilmişdi;
- İmtahanlar asan keçdi;
- Təşkilatçılıq yüksək səviyyədəydi;
- Təşkilatçılıq aşağı səviyyədəydi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq