Modern.az

Fərarilik halları qalırmı?...  

Fərarilik halları qalırmı?...   

24 İyul 2017, 09:23

Rəsmi statistika son illər Azərbaycanda hərbi xidmət keçməkdən boyun  qaçırma və hərbi xidmət əleyhinə olan cinayətlərin sayında azalma olduğunu göstərsə də, təəssüf ki, belə hallar hələ də var.

Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2016-cı ildə 16 nəfər hərbi xidmət keçməkdən boyun qaçırma, 175 nəfər isə hərbi xidmət əleyhinə cinayətlərdə suçlanıb ki, onlardan 64-ü fərariliklə bağlı axtarışa verilib.

Rəsmi statistikaya görə, 2015-ci ildə hərbi xidmət keçməkdən boyun qaçırmada 16, hərbi xidmət əleyhinə cinayətlərdə 201 nəfər təqsirləndirlib. Həmin il 73 nəfər fərailiyə görə axtarışa verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı