Modern.az

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB  

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB   

24 İyul 2017, 11:22

Bakının Yasamal rayonu ərazisində İnşaatçılar prospektində yerləşən yaşayış binasında yanğın baş verib. Modern.az saytı xəbər verir ki, yanğın baş verən binanın sakinləri təxliyə edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerində müvafiq tədbirlər görürlər.


Fövqəladə Hallar Nazirliyinin olayla bağlı yaydığı məlumatda bildirilir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.​


***

İzmir parkının yaxınlığındakı yaşayış binasında baş vermiş yanğın artıq söndürülüb. Fövqəladə Hallar Nazirliyinin hadisə yerində olan rəsmiləri bildiriblər ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Olay nəticəsində binanın dam örtüyü 350 kvadratmetr sahədə yanıb. Yanğın mənzillərə keçməsə də, bəzi sakinlərə xeyli ziyan dəyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!