Modern.az

Kooperasiya Universitetindən təxliyə edilən abituriyentlər üçün təkrar imtahanın vaxtı açıqlandı  

Kooperasiya Universitetindən təxliyə edilən abituriyentlər üçün təkrar imtahanın vaxtı açıqlandı   

24 İyul 2017, 09:59

İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək.

Bu haqda Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirlib ki, həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.   

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə,  iyulun 22-də Baakı şəhəri, Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya kollecinə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb.
Yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı yaxınlıqdakı Kooperasiya Universitetində ali məktəblərə qəbu imtahanı verən abituriyentlər binadan təxliyyə edilmişdi. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir