Modern.az

Bakıda qayınana kürəkənini BIÇAQLADI

Bakıda qayınana kürəkənini BIÇAQLADI

24 İyul 2017, 10:10

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az “Report”a istinadən xəbər verir ki, Südçülük Sovxozu kimi tanınan ərazidə yaşayan 1976-ci il təvəllüdlü Hüseynov Telman Telman oğlu ikinci həyat yoldaşının anası ilə ailə məişət zəminində mübahisə edib.

Bu zaman qayınana T.Hüseynova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər