Modern.az

Çin Mərkəzi Televiziyasının yaradıcı heyəti ADU-da

Çin Mərkəzi Televiziyasının yaradıcı heyəti ADU-da

24 İyul 2017, 11:40

Çin Mərkəzi Televiziyasının CCTV-4 telekanalının yaradıcı heyətiAzərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda olub.

 

Modern.az xəbər verir ki, konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov rəhbərlik etdiyi qurumun fəaliyyətindən söhbət açıb, İpək Yolu İqtisadi Qurşağının infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib. O, Azərbaycanın çoxəsrlik tarixi, unikal təbiəti və qədim mədəniyyəti haqqında danışaraq Böyük İpək Yolunun inkişafında ölkəmizin tranzit mövqeyini xüsusi qeyd edib.Professor vurğulayıb ki, son illər Çin ilə ADU arasında tələbə və müəllim mübadiləsi genişləndirilib, universitetin Çinşünaslıq ixtisasının 10 tələbəsi Çinin Şenyan Pedaqoji Universitetini uğurla bitirib. O, qonaqları Konfutsi İnstitutunda Ümummilli lider Heydər Əliyev siyasi irsininöyrənilməsi və Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəli əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fəaliyyəti üzrə informasiya bazası ilə tanış edib.

 

Nümayəndə heyəti universitetin Çinşünaslıq ixtisasında təhsil alan tələbələri və Konfutsi İnstitutunun təşkilatçılığı ilə fəaliyyət göstərən Azərbaycan-Çin linqvokulturoloji düşərgəsinin iştirakçıları ilə görüşüblər.

 

Sonda ADU-nun tələbələri rəngarəng bədii proqramlarla çıxış ediblər. Onlar Çin dilində şeirlər söyləyib, Çin mahnıları və rəqsləri ifa ediblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır