16 dekabr 2017, Şənbə
Ana Səhifə - İQTİSADİYYAT - Pensiya təyinatı zamanı pozuntulara yol verilib - RƏSMİ
Pensiya təyinatı zamanı pozuntulara yol verilib - RƏSMİ
24.07.2017, 12:07

Hesablama Palatasının Kollegiya iclasında 01.01.2016 - 01.01.2017-ci il dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin Şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri üzrə təsdiq olunub.

 

Palatanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təqdim edilmiş məlumatlarda 2016-cı ildə Fond tərəfindən 8821,2 min manat həcmində təsdiq edilmiş proqnoz 84,6% icra edilərək 7460,6 min manat vəsait toplandığı göstərilib. Həmin vəsaitin 5778,3 min manatı və ya 77,5%-i büdcə, 1682,3 min manatı və ya 22,5%-i qeyri-büdcə sektorundan daxil olub, bu sektorlar üzrə icra səviyyəsi müvafiq olaraq, 86,4% və 78,7% təşkil edib.

 

1 yanvar 2017-ci il tarixə sığortaolunanların sayı isə 10460 nəfər, o cümlədən büdcə sektoru üzrə 8228 nəfər (78,7%), qeyri-büdcə sektorunda hüquqi şəxslər üzrə 1772 nəfər (16,9%), fiziki şəxslərin işçiləri üzrə 460 nəfər (4,4%) təşkil edib.

 

Auditə təqdim olunmuş müvafiq məlumatlara əsasən 2016-cı il ərzində Fond üzrə hesablanmış vəsait 8069,5 min manat təşkil edib. Həmin vəsaitin 98,8%-i məcburi dövlət sosial sığorta haqqından, 1,2%-i tətbiq olunmuş maliyyə sanksiyaları və inzibati cərimələrdən, cəmi 3,2 min manatı isə sanatoriya-kurort yollayışlarının satışından daxilolmalardan ibarət olub.

 

Məcburi dövlət sosial sığortası üzrə 6720,8 min manat (84,3%) sığortaedənin vəsaiti, 917,5 min manat (11,5%) sığortaolunanın vəsaiti hesabına, 3,4 min manat gəlirlərə nisbətdə (sərbəst mühasiblər, vəkillər və s.), 293,4 min manat (3,7%) minimum aylıq əmək haqqına nisbətdə (fiziki şəxslərin özlərinə görə), 18,2 min manat (0,3%) kənd təsərrüfatına yararlı torpaq sahələri üzrə, 15,0 min manat (0,2%) isə digər gəlirlər üzrə hesablanıb.

 

Audit olunan dövr ərzində Şöbə tərəfindən 746 yeni pensiya təyinatı aparılıb. Yeni təyin olunmuş pensiya işlərinin auditi zamanı müəyyən edilib ki, bir sıra hallarda pensiya təyin olunarkən pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, onların əmək fəaliyyəti ilə məşğul olub-olmadıqları tam araşdırılıb, sığorta davamiyyəti əmsalı, sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı düzgün nəzərə alınmamış, pensiyanın təyin edilməsi müddəti dəqiq müəyyən edilməyib.

 

Müvafiq məlumatlara əsasən Mərkəzdə yaradılmış Komissiya tərəfindən 2016-cı il ərzində 591 müraciətə baxılıb, bu müraciətlərin hamısı üzrə ünvanlı dövlət sosial yardımı (ÜSY) təyin edilmiş, həmin dövr ərzində 57 təyinat üzrə ÜSY ödənişi müxtəlif səbəblərdən dayandırılıb.

 

Təyin edilmiş işlər üzrə ÜSY-nın adambaşına düşən orta məbləği 33,44 manat, həmin dövrdə təyinat üzrə cəmi məbləğ 88650,0 manat təşkil edib.

 

Araşdırma zamanı ÜSY təyinatı üzrə fəaliyyətdə bir sıra nöqsanlara yol verildiyi, ərizəçilər tərəfindən də ailənin gəlirləri və ailənin istifadəsində nəqliyyat vasitəsinin olması haqqında məlumat verilmədiyi, bağlanmış ÜSY hesablarında vəsait qalığının mövcudluğu aşkar edilib.

 

Nazirliyin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlara əsasən Quba rayonunda 856 ailəyə VEMTAS vasitəsilə təyinat aparılıb.  Auditin gedişində VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə Nazirliyin internet saytındakı adlı siyahıdan seçmə qaydada 6 kənddə 108 ÜSY işi üzrə monitorinq təşkil edilib. Monitorinq zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının, ailə üzvünün hərbi xidmətə getməsinin, ailə üzvünün xarici ölkədə yaşamasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara rast gəlinib.

 

Təqdim edilmiş müvafiq məlumatlara əsasən 01.01.2016-cı il tarixinə DSMF-nun Quba rayon Şöbəsi üzrə aylıq sosial müavinət, kompensasiya və Azərbaycan Respublikası Prezidentinin təqaüdü işlərinin sayı 8028 olmuşdur. Fondun Quba rayon Şöbəsi üzrə auditin əhatə etdiyi dövr ərzində  1259 nəfərə yeni təyinat aparılıb.

 

Aparılmış audit nəticəsində sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsində, habelə həmin  işlərin mərkəzləşdirilmiş xüsusi lokal proqram təminatına işlənilməsində bir sıra nöqsan və çatışmazlıqlara  yol verildiyi  müəyyən edilib. Belə ki, müavinət işlərinə bir sıra hallarda zəruri sənədlərin əlavə edilməməsi halları aşkar edilib. Mərkəzdə real vaxt rejimində fəaliyyət göstərən proqram təminatında bir çox hallarda vəfat etməsi, köçməsi və digər səbəblərdən müavinət işləri dayandırılmış şəxslərin işlərinin dayandırılması səbəbləri göstərilməmiş, müavinət alan şəxslər barədə məlumatlar tam daxil edilməmiş, sosial müavinət alan şəxsin yaşayış yerinin dəyişməsi və yaxud əmək pensiyası almaq hüququnun yaranması ilə əlaqədar sosial müavinət işlərinin köçməsinin qeydiyyat jurnalındakı bağlanma tarixləri ilə müavinət işinin bağlanma tarixləri arasında uyğunsuzluqlar mövcud olub.

 

Bundan əlavə, müavinətlərin təyin olunması üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri müavinətin ödənişi müddətində həmin şərtlərin qüvvədə olması vəziyyəti izlənilməyib.

 

01.01.2017-ci il tarixə evlərdə səyyar sosial xidmət göstərilən şəxslərin sayı 108 nəfər olmaqla onlara  Şöbənin 13 sosial xidmətçisi tərəfindən xidmətin göstərilməsi nəzərdə tutulub.

 

Audit zamanı evlərdə səyyar sosial xidmət göstərilən tək ahıl və əlil şəxslərin işlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, bir sıra hallarda sosial xidmət göstərilən şəxslərin yaşadığı ərazidə onu saxlamağa borclu olan qohumları olduğu halda Şöbə tərəfindən sosial xidmətə götürülüb.

 

Şöbənin yerli büdcə vəsaitləri hesabına saxlanılması xərclərinin auditi göstərmişdir ki, auditlə əhatə olunan dövrdə müvafiq əmr olmadan işçilərin kollektiv mükafatlandırılması həyata keçirilmiş, əmək haqqı xərclərinin hesablanması və ödənilməsi zamanı nöqsanlara  və artıq xərclərə yol verilib.

 

Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi  məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə müvafiq Təqdimat, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə Kollegiya qərarının surəti göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Suriyada İran ordusunun polkovniki öldürüldü
16.12.2017, 01:06

Suriyada İran ordusunun polkovniki öldürüldü

Azərbaycan Cümhuriyyətinin son günündən “reportaj” - Top lüləsinin hədəfində olan parlament
16.12.2017, 00:39

Azərbaycan Cümhuriyyətinin son günündən “reportaj” - Top lüləsinin hədəfində olan parlament

Yanğın bir ailəni evsiz qoydu
16.12.2017, 00:23

Yanğın bir ailəni evsiz qoydu

Göyçayda gənc oğlan özünü asaraq intihar etdi
16.12.2017, 00:11

Göyçayda gənc oğlan özünü asaraq intihar etdi

Şimali Koreya ən güclü nüvə dövləti olmağa iddialıdır
15.12.2017, 23:54

Şimali Koreya ən güclü nüvə dövləti olmağa iddialıdır

Ata içki süfrəsində oğlunun qanını tökdü
15.12.2017, 23:41

Ata içki süfrəsində oğlunun qanını tökdü

Qüds itirilsə, Mədinəni də qorumaq olmayacaq
15.12.2017, 23:24

Qüds itirilsə, Mədinəni də qorumaq olmayacaq

Neft bir qədər bahalaşdı
15.12.2017, 23:11

Neft bir qədər bahalaşdı

Qurbanov kubok oyunlarından həmişə ehtiyat edib
15.12.2017, 22:57

Qurbanov kubok oyunlarından həmişə ehtiyat edib

“Mən öz yerimdəyəm, Moskvanı tərk etməmişəm” – Stalinin imtina etdiyi BUNKER
15.12.2017, 22:39

“Mən öz yerimdəyəm, Moskvanı tərk etməmişəm” – Stalinin imtina etdiyi BUNKER

Baş Qərargah rəisləri bir arada
15.12.2017, 22:34

Baş Qərargah rəisləri bir arada

30 qram istifadə etməklə ZEHNİ və FİZİKİ YORĞUNLUQDAN QURTULUN
15.12.2017, 22:28

30 qram istifadə etməklə ZEHNİ və FİZİKİ YORĞUNLUQDAN QURTULUN

Gələn il birrəqəmli inflyasiya olacaq
15.12.2017, 22:16

Gələn il birrəqəmli inflyasiya olacaq

Əmək kitabçaları tarixə qovuşur - Video
15.12.2017, 22:07

Əmək kitabçaları tarixə qovuşur - Video

Ermənistan Azərbaycanda yaşayan erməniləri ağır duruma salıb
15.12.2017, 21:57

Ermənistan Azərbaycanda yaşayan erməniləri ağır duruma salıb

İndoneziyada 6,8 bal gücündə zəlzələ
15.12.2017, 21:42

İndoneziyada 6,8 bal gücündə zəlzələ

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı
15.12.2017, 21:31

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı
15.12.2017, 21:20

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib
15.12.2017, 21:06

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb
15.12.2017, 20:52

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb

100-CÜ BAHARA DOĞRU . . .
15.12.2017, 20:40

100-CÜ BAHARA DOĞRU . . .

Bu ölkədə vətəndaşların borcları silinəcək
15.12.2017, 20:27

Bu ölkədə vətəndaşların borcları silinəcək

Tramp Putindən kömək gözləyir
15.12.2017, 20:13

Tramp Putindən kömək gözləyir

Ərəb diplomatlar Bakıda universitetdə toplandı
15.12.2017, 20:02

Ərəb diplomatlar Bakıda universitetdə toplandı

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi
15.12.2017, 19:51

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI
15.12.2017, 18:57

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib
15.12.2017, 18:45

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib
15.12.2017, 18:37

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır
15.12.2017, 18:32

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır

Kraliçanın ailəsində toy olacaq
15.12.2017, 18:26

Kraliçanın ailəsində toy olacaq

Sumqayıta 7 milyon manat ayrıldı
15.12.2017, 18:12

Sumqayıta 7 milyon manat ayrıldı

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI
15.12.2017, 18:02

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI

Oqtay Əsədov deputatları DANLADI   
15.12.2017, 17:57

Oqtay Əsədov deputatları DANLADI  

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib
15.12.2017, 17:52

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib

“Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi
15.12.2017, 17:52

Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.13%)
Araz Ağalarov (13.4%)
Mübariz Mənsimov (17.3%)
Fərhad Əhmədov(13.8%)
Füzuli Məmmədov(52.4%)
Telman İsmayılov (0.13%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.56%)
Digərləri(0.86%)