Modern.az

Heydər Əliyevə Sosialist Əməyi Qəhrəmanı adının verildiyi tədbir – Kremldə keçirilən tədbirdə kimlər olub? - VİDEO

Heydər Əliyevə Sosialist Əməyi Qəhrəmanı adının verildiyi tədbir – Kremldə keçirilən tədbirdə kimlər olub? - VİDEO

24 İyul 2017, 12:39

İnternetdə mərhum prezident Heydər Əliyevin sovet zamanında çəkilmiş maraqlı video xronikası yayılıb.

 

Modern.az Strateq.az-a istinadən xəbər verir ki,1979-cu ildə çəkilmiş kadrlarda SSRİ rəhbərliyinin iştirakı ilə Kremldə Heydər Əliyevə Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi əks olunub.

 

Sov.İKP-nin baş katibi Leonid Brejnev təbrik mətnini oxuyur və Lenin ordenini və “Oraq və Çəkic” ordenini o zaman Azərbaycan SSRİ-nə rəhbərlik edən Heydər Əliyevə təqdim edir.

 

Brejnev çıxışında bildirir ki, Heydər Əliyev böyük təşkilatçılıq və siyasi fəaliyyətinə görə təltif olunur. “Bu mükafat təkcə sizin enerjili fəaliyyətinizə deyil, bütövlükdə Azərbaycan zəhmətkeşlərinin əməyinə verilən qiymətdir”-deyə Brejnev vurğulayır.

 

Cavab çıxışında H.Əliyev təşəkkür edir və dərin həyəcanla fəxri mükafatı aldığını bildirir.

 

Kadrlarda Brejnev çox zəif görünür. Onun kağızdan oxuduğu çıxışında  bir qədər dolaşıqlıq hiss olunur.  Kadrlarda həmçinin SSRİ-nin gələcək rəhbəri Mixail Qorbaçov da gözə dəyir. Heydər Əliyev çıxış etdiyi zaman Qorbaçovun diqqətlə ona baxdığı görünür.

 

Xatırladaq ki, mərhum Heydər Əliyev 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib.  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi