Modern.az

Azərbaycanda "pioner" düşərgələri YARADILSIN – TƏKLİF

Azərbaycanda

Təhsil

24 İyul 2017, 14:56

Hazırda bir çox məktəblərdə şagirdlər üçün yay düşərgələri təşkil olunsa da, bu geniş yayılmayıb.

Mövcud yay düşərgələri də pullu olaraq həyata keçirilir. Yenə də maddi cəhətdən imkanı aşağı olan ailələrin uşaqları yay məktəblərindən kənarda qalır.

 

Mövzu ilə bağlı Modern.az-ın suallarına təhsil eksperti Etibar Əliyev aydınlıq gətirib.

 

“Yay düşərgələri şagirdlərin inkişafına xidmət edir”

 

“Yay düşərgələri böyük sistemə çevrilməlidir. Həm də uşaqların sosiallaşması baxımından çox böyük əhəmiyyət  kəsb edir. Uşaqlar tətil müddətində bir-birlərindən ayrı olmurlar. Həmçinin, yay düşərgələrinin özünəməxsus proqramları var. O proqramlara  oxumaqla yanaşı, başqa maraqlı tədbirlər də daxildir. Dövlət məktəblərinin orta təhsil müəssisələrində isə bu daha çox valideynlərin vəsaiti hesabına həyata keçirilir. Özəl məktəblərdə isə böyük təhsil haqları var. Bu təhsil haqları hesabına yay məktəbləri həyata keçirilir. Hər halda, orta məktəbdə yay düşərgələrinin keçirilməsi təmin olunmalıdır. Şagirdlərin mədəni-kütləvi tədbirlərə qoşulmasına rahat şərait yaradır”.

 

“Pioner düşərgələrinə ehtiyac var”

 

Etibar Əliyev deyir ki, Azərbaycanda pioner düşərgələrinə də çox böyük ehtiyac var.

 

“Bu yaxınlarda rus qəzetlərinin birində bir yazı oxudum. Pioner düşərgələrinə 30 mindən çox şagird cəlb olunur. Düşərgədəki kütləvi tədbirlər, uşaqlarla idman yarışlarının keçirilməsi uşaqların inkişafına müsbət təsir göstərir. Hər halda, pioner düşərgələrinin bərpası olduqca vacibdir. Azərbaycanın xeyli sayda səfalı yerləri var ki, orada pioner düşərgələri yaratmaq olar. Bunun üçün mühüm işlər görmək olar”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür